[
  {
    "id": 1,
    "name": "Front-end",
    "infoHeader": "Front-end nədir?",
    "infoHeaderDesc": "Front-end proqramlaşdırma dünyasının hər zaman aktual və xüsusi yerə sahib olan bir sahəsidir. Müasir dövrdə demək olar ki, hər yerdə Front-end nümunəsinə rast gəlmək mümkündür. Məs. Gündəlik olaraq telefon və ya kompüterlərimiz vasitəsilə müxtəlif veb səhifələrə, saytlara daxil olur, müxtəlif əməliyyatlar aparırıq. Lakin çoxumuzun daxil olduğumuz bu səhifələrdə olan görüntü qisminin necə formalaşdığı, saytlardakı funksiyanallıqların necə yaradıldığı haqda heç bir məlumatımız yoxdur.Front-end veb səhifələrin, tətbiqlərin bizlərə, yəni istifadəçilərə görünən tərəfini kodlaşdırma imkanı verən proqramlaşdırma sahəsidir.Front-end texnologiyaları olan HTML veb səhifələrin strukturunu, CSS görüntüsünü-gözəlliyini, JavaScript isə funksionallığını təmin edir.",
    "whomDesc": "•⁠  ⁠İşini dəyişmək istəyənlər\n    Hazırda çalıdığınız iş sizi xoşbəxt etmir? Texniki karyera arzulayırsınız? Matrix Academy-in Front-end təlimi məhz sizin üçündür. Elə indi proqrama qoşularaq təlimi uğurla başa vurub bu istiqamətdə karyera qura bilərsiniz.\n\n    •⁠  Startapçılar\n    Ağlında daim yeni startap ideyaları olub, lakin həyata keçirmək üçün proqramçı tapa bilməyənlər Akademiyamızın proqramlaşdırma təlimlərinə qoşularaq bu problemlərini özləri həll edə bilərlər.\n\n    •⁠  Biliklərini artıranlar\n    Yeni biliklər öyrənmək yeni dünya kəşf etmək kimidir. Proqramlaşdırma ilə maraqlanaraq öz dünyanızda da dəyişiklik edə bilərsiniz. Öyrənmək heç zaman gec deyil.\n\n    •⁠  Tələbələr\n    Oxuduğunuz ixtisas sizə maraqsız gəlirsə, və ya İT üzrə oxuyursunuz və biliklərinizi daha da dərinləşdirmək istəyirsinizsə, Matrix Academy-nin təcrübəli və peşakar müəllimləri bu yolda sizə bələdçilik edərək hədəflərinizə daha tez çatmağınıza yardım olacaqlar.\n\n•⁠   Remote və ya FreeLance işləmək istəyənlər    \nƏnənəvi iş rejimindən sıxılaraq yerli və ya xarici şirkətlərdə remote və ya freelancer kimi işləmək istəyirsinizsə, poqramlaşdırma istiqamətində buna rahatlıqla nail ola bilərsiniz.",
    "aboutDesc": "Təlimin müddəti: 7 ay\n    Dərslər: Həftədə 3 dəfə / 2 saat\n     Tədris paketinə daxil olan texnologiyalar:\n     Html\n     CSS\n     React JS\n    AJAX\n    Typescript\n    Bootstrap\n    GIT"
  },
  {
    "id": 2,
    "name": "Data Science",
    "infoHeader": "Data Science nədir?",
    "infoHeaderDesc": "Data Science mövcud məlumatlardan istifadə edərək gələcəkdə baş verə biləcək ehtimalların proqnozlaşdırılması özündə ehtiva edən bir sahədir. Bu məqsədlə öncəliklə çeşidli mənbələrdən, yəni data bazalardan məlumatlar əldə olunur. Daha sonra həmin datalar təmizlənilir, müxtəlif alqoritm və modellərdən istifadə olunaraq maşına mənimsədilir. Əldə olunan nəticələr vizuallaşdırılaraq ya müştərilərə təqdim olunur, ya da növbəti mərhələlərdə istifadə edilir.\n\n    Tətbiq sahələri\n\n    **Mühasibatlıq və bank:** Dələduzluq hallarının aşkar edilməsi, müştərilərə uyğun kredit məbləğinin müəyyən edilməsi və s.\n    **Marketinq və reklam:** Fərdi marketinq kampaniyaları ilə xüsusi müştəri seqmentlərini aşkarlamaq\n    **Sağlıq:** Pasiyentin məlumatlarından istifadə edərək nəticələrini, xəstəliyin yayılmasını və müalicə cavablarını proqnozlaşdırmaq",
    "whomDesc": "• Riyaziyyat və statistika sevənlər\n Data Science elminin arxa planında riyazi hesablamalar və ehtimal nəzəriyyəsi durduğundan  bu sahə sizlər üçün idealdır\n\n    • Yerli və ya xarici bazarda remote işləmək istəyənlər\n\n    • Sahəsini dəyişənlər\n    Bəzi insanlar ixtisas seçimlərindən xoşbəxt olmurlar və bir müddət sonra işlərini dəyişmək istəyirlər. Əgər siz də onlardan birisinizsə, Matrix Academy-nin təcrübəli və peşəkar müəllimləri bu yolda sizi doğru istiqamətləndirərək arzularınıza 1 addım daha yaxınlaşdıracaq.",
    "aboutDesc": "Təlimin müddəti: 6 ay\n    Dərslər: Həftədə 3 dəfə / 2 saat\n\n    Tədris paketinə daxil olan əsas texnologiyalar:\n    Python və kitabxanaları\n    SQL\n    Data \nVisualization\n    Machine Learning\n    Deep Learning"
  },
  {
    "id": 3,
    "name": "C#",
    "infoHeader": "C# nədir?",
    "infoHeaderDesc": "C# Microsot tərəfindən yaradılmış Back-end proqramlaşdırma dillərindən biridir. OOP prinsiplərinə əsaslanan C# əvvəllər yalnız windows əməliyyat sistemlər üçün proqram yazmaq məqsədilə istifadə olunsa da, hazırda bir çox platformalarda geniş istifadə sahəsinə malikdir. Back-end proqramçı olmaq istəyib dil seçimində çətinlik çəkirsizsə, aşağıda sizin üçün C#-ın bir sıra özəlliklərini sadalamışıq:\n\n    **Tətbiq sahəsinin genişliyi:** Mobil, veb, masaüstü, hətta oyun və s. kimi tətbiqlərin yaradılmasında C# proqramlaşdırmadan geniş istifadə olunur. Bu o deməkdir ki, C# öyrənərək bir-birindən fərqli istənilən layihə üzərində işləmək imkanınız çoxdur.\n\n    **Çoxplatformalılıq:** .NET Core C# kodunun fərqli platformalarda işləməsinə imkan verir, buna görə də Windows, Linux və macOS kimi fərqli əməliyyat sistemlərində rahatlıqla istifadə oluna bilir.\n\n    **Geniş tələbat:** Microsoft platformlarının populyarlığı hər kəsə məlumdur və C# bu platformlarla yaxşı inteqrasiya olunur. Windows və digər Microsoft məhsulları iş dünyasında geniş yayıldığı üçün yerli və xarici bazarda C# bilən proqramçılara daimi tələbat var.",
    "whomDesc": "• Remote və ya FreeLance işləmək istəyənlər\n    Proqramlaşdırma istiqamətində Remote-freelance vakansiyalarda ən çox rastlaşacağıınız dillərdən biri də C#-dır. Paralel olaraq dil biliklərinizi inkişaf etdirib istənilən şirkətdə təcrübə qazana, freelance karyeranızı qura bilərsiniz.\n\n    • Oyun proqramlaşdırmaq istəyənlər\n    C# oyun proqramlaşdırmada əhəmiyyətli bir rol oynayır. Unity kimi oyun motorları C# vasitəsilə oyunların hazırlanmasına imkan verir. C# sayəsində oyun obyektləri yaradıla, animasiyalar idarə oluna bilər.\n\n   •⁠ Startapçılar   \nXəyalınızda canlandırdığınız startup ideyalarınız varsa, bu yolda ilk addımı C# öyrənərək ata bilərsiniz.\n\n    • Tələbələr\n    Oxuduğunuz ixtisas sizə maraqsız gəlirsə, və ya İT üzrə oxuyursunuz və biliklərinizi daha da dərinləşdirmək istəyirsinizsə, Matrix Academy-nin təcrübəli və peşakar müəllimləri bu yolda sizə bələdçilik edərək hədəflərinizə daha tez çatmağınıza yardım olacaqlar.",
    "aboutDesc": "Data Structures - Algorithms\n    Web Services\n    SQL\n    Design patterns\n    SOLID principles\n    Dependency Injection\n    Asynchronous programming patterns\n    Multithreading and concurrency\n    ASP.NET Core Web API\n    Entity Framework Core\n    Microservices Fundamentals"
  },
  {
    "id": 4,
    "name": "Oracle SQL/PL SQL",
    "infoHeader": "Oracle SQL / PL SQL nədir?",
    "infoHeaderDesc": "SQL haqqında danışmazdan əvvəl data anlayışına nəzər salaq. Hansı ki hazırki dövrün qızılı adlandırılır və data olmadığı müddətdə hansısa prosesin idarə olunmasını təsəvvür etmək mümkün deyil. Buna görə də kiçik və ya böyük olmasından asılı olmayaraq istənilən şirkət, müəssisə bank sistemlərinin və s. inkişafında çox böyük rola malikdir. Bunları nəzərə alaraq datanın harada saxlanması, onlardan effektiv istifadə və s. kimi məsələləri mühüm əhəmiyyət kəsb edir.\n    Oracle dataların saxlanması və idarə edilməsi üçün istifadə olunan bir verilənlər bazası sistemidir. Oracle şirkəti tərəfindən yaradılan bu sistem iri ölçüdə şirkətlər və müəssisələr üçün məlumatların idarə edilməsini və təhlükəsiz saxlanılmasını təmin edir.\n    PL/SQL (Procedural Language/Structured Query Language) Oracle verilənlər bazasında istifadə olunan prosedural dildir. Bu dil ixtiyari proqram təminatının qurulmasında proseslərin avtomatlaşdırlması üçün lazım olan bütün özəlliklərə malikdir.\n    Oracle böyük miqyaslı şirkətlərin məlumat idarəetmə ehtiyaclarını qarşılayan geniş yayılmış bir həll sistemidir. ",
    "whomDesc": "• Data Analitiklər\n    SQL Data Analitiklər üçün vacib və əhəmiyyətli dildir. Datadan effektiv istifadə edərək şirkətlər üçün önəmli nəticələrin çıxarılması, analizlərin aparılması və s. kimi proseslərdə SQL-dən istifadə olunur. Özünüzü Data Analitika üzrə inkişaf etdirmək istəyirsizsə, yolunuzu SQL-dən salmalı olacaqsız.\n\n    • Data Mühəndisləri\n    Oracle SQL və PL SQL biliyinizin olması Data Mühəndisi kimi çalışan zaman işinizi daha da asanlaşdıracaq. Əldə etdiyiniz praktiki və nəzəri biliklər məlumat bazalarının və böyük məlumat platformalarının inkişafı, idarə edilməsi və optimallaşdırılmasında köməyinizə çatacaq.\n\n     • Proqramçılar\n    SQL Proqramlararası kommunikasiya, proseslərin inteqrasiyası, məlumatların idarə olunması kimi vacib məsələlərdə proqramçıların olmazsa olmaz bacarıqlarından biridir. İstər PL SQL, istərsə də Back-End proqramçı olaraq karyera quracaqsınızsa, SQL və PL SQL bilikləriniz bu istiqamətdə köməyinizə çatmış olacaq.\n\n     • IT Biznes Analitiklər\n    İT Biznes Analitik olaraq çalışanlar verilənlər bazası sistemləri ilə işləyərkən fundamental SQL və Database biliklərinə ehtiyac duyurlar. Bu sahənin mütəxəssisi olaraq karyera qurmaq planınız varsa, SQL biliklərinə ehtiyac duyacaqsınız.\n\n     • MIS / Oracle BI mütəxəssisləri\n    SQL proqramçı, MIS, Oracle BI mütəxəssisi olaraq çalışacaqsınızsa, dərin SQL biliyinizin olması sizi şirkətlərin axtardığı mütəxəssisə çevirəcək. Hesabatların hazırlanması, sorğuların optimizasiyası və s  kimi işləri icra etməyə gedən yol yenə də SQL-dən keçir.",
    "aboutDesc": "Kompleks SQL sorğuların yazılması və manipulyasıyası\n    Analitik Funksiyalar və Optimallaşdırma üsulları\n    PL SQL əsas obyektlər üzərində praktika\n    Beynəlxalq OCA və OCP  imtahanının standartlarına uyğun nəzəriyyə və praktika imkanı"
  },
  {
    "id": 5,
    "name": "Java",
    "infoHeader": "Java nədir?",
    "infoHeaderDesc": "“Write once, run anywhere” (bir dəfə yaz, hər yerdə işlət) prinsipi ilə tanınan Java Back-end proqramlaşdırmada öz populyarlığını qoruyan məşhur dillərdən biridir.\n    Xüsusilə tətbiq sahəsinin genişliyi, təhlükəsizlik baxımından güclü olması və s. kimi bir sıra üstünlükləri onu bu sahədə daha da qabaqcıl edir.\n    Gəlin Java öyrənmək üçün səbəblərlə tanış olaq:\n\n    **Cross platform olması:** Java “əməliyyat sistemindən asılı olmayan” bir proqramlaşdırma dilidir. Bu, Java kodunun tərcümə olunmadan Windows, macOS, Linux, IOS, Android kimi müxtəlif əməliyyat sistemlərində çalışa biləcəyi və eyni funksionallığı hər bir əməliyyat sistemində təmin edə biləcəyi anlamına gəlir.\n\n    **Tətbiq sahələrinin genişliyi:** Mobil, veb, masaüstü, hətta oyun və s. kimi tətbiqlərin yaradılmasında C# proqramlaşdırmadan geniş istifadə olunur. Bu o deməkdir ki, C# öyrənərək bir-birindən fərqli istənilən layihə üzərində işləmək imkanınız çoxdur.\n\n     **Web tətbiqər:** Hər birimizin tanıdığı LinkedIn, Twitter, Netflix, Alibaba və s. kimi çox məşhur tətbiqlər Javada yazılmışdır.\n\n    **Finansal Tətbiqlər:** Bank və maliyyə sektorunda Java çox geniş istifadə olunan bir proqramlaşdırma dilidir. Məsələn, büyük bank sistemləri və maliyyə aplikasiyaları Java ilə yazılır.\n\n     **Oyun tətbiqləri:** Dünyanın ən məşhur oyunlarından biri olan Minecraft Java ilə yazılmışdır.\n\n    **İş idarəetmə tətbiqləri:** JIRA Atlassian şirkəti tərəfindən inkişaf etdirilən, proqramlaşdırma təşkilatları və layihələri idarə etmək üçün istifadə edilən Javada yazılmış məşhur bir iş idarə sistemidir.\n\n   **Masaüstü tətbiqlər:** JDownloader kim məlumat yükləmə, JEdit kimi mətn redaktorları Javada yazılmış masaüstü tətbiqlərdir.\n    Javanın yuxarıda qeyd olunan və bundan daha çox olan üstünlükləri bu dili öyrənənlər üçün hansı avantajlar yaradacağını sübut edir.",
    "whomDesc": " •⁠  Karyera Dəyişdirənlər:\n    Proqramlaşdırma ilə maraqlanan və ya texnologiya sahəsində karyera dəyişdirmək istəyən insanlar Java öyrənə bilərlər. Java-nın geniş istifadə sahəsi və iş bazarında yüksək tələbi onu cəlbedici edir.\n\n   •⁠  Oyun proqramlaşdırmaq istəyənlər\n    Java ilə 2D və bəzi 3D oyunlar inkişaf etdirilir. Məsələn, “Minecraft” oyununda Java istifadə olunub. Oyun inkişafçıları Java-nın geniş kitabxana və çərçivələrindən yararlanaraq oyun mühərrikləri və oyun proqramları yarada bilərlər.\n\n    •⁠  Startapçılar\n    Xəyalınızda canlandırdığınız startup ideyalarınız varsa, Java öyrənərək startap xəyalınızı gerçəkləşdirməyə başlaya bilərsiz.\n\n    •⁠  Tələbələr\n    Oxuduğunuz ixtisas sizə maraqsız gəlirsə, və ya İT üzrə oxuyursunuz və biliklərinizi daha da dərinləşdirmək istəyirsinizsə, Matrix Academy-nin təcrübəli və peşakar müəllimləri bu yolda sizə bələdçilik edərək hədəflərinizə daha tez çatmağınıza yardım olacaqlar.  ",
    "aboutDesc": "GIT\n    Data Structures - Algorithms\n    Web Services\n    PostgreSQL\n    MVC\n    Microservices\n    Spring Framework"
  },
  {
    "id": 6,
    "name": "Android",
    "infoHeader": "Android nədir?",
    "infoHeaderDesc": "Android proqramlaşdırma Android əməliyyat sistemində işləyən cihazlar üçün proqram təminatlarının hazırlanmasını təmin edir. Bu tətbiqlərin yazılmasında istifadə olunan əsas proqramlaşdırma dilləri C++, Java, son illərdə daha çox populyar olan Kotlin dilidir.\n    “Nə üçün Android proqramlaşdırma öyrənməliyəm?” deyə ağlınızda sual yaranırsa, aşağıda sizin üçün bu sahənin bir sıra üstün cəhətlərini qeyd etmişik:\n\n    **Geniş İstifadəçi Bazası:** Android dünyada ən çox istifadə olunan mobil əməliyyat sistemlərindən biridir. Bu da sizə daha geniş bir istifadəçi bazası üçün tətbiq yaratma imkanı verir.\n\n    **Çeşidlilik və Qabaqcıl Texnologiyalar:** Android müxtəlif cihazlar üçün inkişaf etmiş bir əməliyyat sistemidir. Smartfonlar, planşetlər, smart saatlar, TV-lər və daha çoxu üçün tətbiqlər yazmağınız mümkündür. Həmçinin, Android texnologiyası daim inkişaf etməkdədir, yeni funksiyalar və imkanlar əlavə edilməkdədir.\n\n    **Birdən Çox Dil Dəstəyi:** Android Java və Kotlin kimi əsas dillərə əlavə olaraq C++ da dəstəkləyir ki, bu da proqramçıların öz məqsədlərinə görə ən uyğun dili seçmələrinə imkan verir.\n\n    Androidin yuxarıda sadalanan və daha çox üstünlükləri karyerasını bu sahədə qurmaq istəyənlər üçün geniş imkanlar yaradır.",
    "whomDesc": "•⁠ Öz mobil tətbiqini yaratmaq istəyənlər\n    Əgər ağlınızda yeni mobil proqram yaratmaq istəyi varsa, Android proqramlaşdırma öyrənərək istəklərinizi və ehtiyaclarınızı qarşılayan tətbiqlər yarada bilərsiz.\n\n    •⁠  Sahibkarlar və Təşkilatlar\n    Şirkətlər və müəssisələr müştərilərinə, işçilərinə yönəldilmiş tətbiqlər yaratmaq üçün Android proqramlaşdırmadan istifadə edə bilərlər. Bu tətbiqlər, məsələn, satış və marketinq tətbiqləri, əməkdaşlar arasında kommunikasiya alətləri və ya təşkilatların xidmətlərinə dair tətbiqlər ola bilər.\n\n    •⁠  Remote və ya FreeLance işləmək istəyənlər\n    Android proqramlaşdırma öyrənmək sizə Remote-freelance iş sahəsində geniş imkan yaradır. Dil biliklərinizi inkişaf etdirərək yerli və xarici bazarda bu sahə üzrə uzaqdan işləmək şansınız çoxdur.    ",
    "aboutDesc": "Təlimin müddəti: 7 ay\n    Dərslər: Həftədə 3 dəfə / 2 saat\n    Tədris paketinə daxil olan əsas texnologiyalar:\n    Kotlin Proqramlaşdırma Dili\n    Android Jetpack Components\n    Jetpack Compose\n    MVVM Clean Architecture"
  },
  {
    "id": 7,
    "name": "Qrafik dizayn",
    "infoHeader": "Qrafik Dizayn nədir?",
    "infoHeaderDesc": "Qrafik dizayn müəyyən bir məqsəd üçün ideya və spesifik mesajların vizual və yazılı kontent ilə  insanlara ötürülməsini təmin edən incəsənət növüdür. Qrafik dizayn özündə yaradıcılıq və yeniliyi birləşdirir. Gündəlik həyatdan bir çox Qrafik dizayn nümunələri göstərmək olar. Məsələn, reklam posterləri, küçə afişaları, sosial media postları və hekayələri, loqo variasiyaları, qablaşdırma məhsulları və s.\n\n    Tətbiq sahələri:\n\n    **Reklam və marketinq:**  Plakatların, flayerlərin, broşuraların, bilbordların və digər reklam materiallarının dizaynı\n\n    **Brendləşmə:** Müəssisələr, təşkilatlar və məhsullar üçün unikal loqoların hazırlanması\n\n    **Qablaşdırma Dizaynı:** Qutular, butulkalar, etiketlər və s. daxil olmaqla istehlak malları üçün qablaşdırma dizaynı hazırlanması\n\n   **Sosial media:** Sosial media yazıları, hekayələri və reklamları üçün dizayn hazırlanması və s.    ",
    "whomDesc": "•⁠ Remote və Freelance işləmək istəyənlər\n    Həm yerli, həm də xarici bazarda işləyib təcrübə qazanmaq və karyera qurmaq istəyənlər üçün Qrafik dizayn ən uyğun sahələrdən biridir.\n\n   •⁠ Yaradıcılığı sevənlər\n    İdeyalarını reallaşdırmaq, xəyalınızdakı brend və məhsulları hazırlamağa bir addım daha yaxınlaşacaqsınız\n\n    •⁠ Sahəsini dəyişənlər\n    Bəzi insanlar ixtisas seçimlərindən xoşbəxt olmurlar və bir müddət sonra işlərini dəyişmək istəyirlər. Əgər siz də onlardan birisinizsə, Matrix Academy-nin təcrübəli və peşəkar müəllimləri bu yolda sizi doğru istiqamətləndirərək arzularınıza 1 addım daha yaxınlaşdıracaq. ",
    "aboutDesc": "Təlimin müddəti: 5 ay\n    Dərslər: Həftədə 3 dəfə / 2 saat\n\n    Tədris paketinə daxil olan əsas texnologiyalar:\n    Figmanın əsasları\n    Adobe Illustrator\n    Adode Photoshop\n    Adobe İnDesign\n    Adobe Lightroom  "
  },
  {
    "id": 8,
    "name": "UX&UI",
    "infoHeader": "UX/UI nədir?",
    "infoHeaderDesc": "İstifadəçi Təcrübəsi (UX) və İstifadəçi İnterfeysi (UI) dizaynı effektiv rəqəmsal məhsul və xidmətlərin yaradılmasında mühüm komponentlərdir.\n\n    UX dizayn istifadəçinin məhsul və ya xidmətdən yararlanarkən əldə etdiyi ümumi təcrübəyə diqqət yetirir. Yekun məhsulun mümkün qədər səmərəli, zövqlü və qüsursuz olmasını təmin etmək məqsədi daşıyır. Bu məqsədlə öncəliklə istifadəçinin real ehtiyacları araşdırılır, problemlər təyin olunur və həlli üçün ideyalar formalaşdırılır.\n    Növbəti mərhələdə vizual dizaynın hazırlanması prosesinə başlanılır. UI dizayna rənglər, tipoqrafiya, interaktiv elementlər və s. daxildir. Dizayn edilən məhsul qoyulan tələbləri ödəməklə yanaşı, həmçinin göz-oxşayan olmalıdır ki, istifadəçi həmin məhsulu istifadə edərkən sıxılmasın, əksinə ona xoş təsir bağışlasın\n\n    UX/UI dizayn aşağıdakı məhsulların görüntüsünün hazırlanmasında istifadə olunur:\n\n    **Veb səhifələr:** Elektron ticarət saytları, korporativ saytlar, bloqlar və xəbər portalları, təhsil platformaları\n    **Mobil applikasiyalar:** Sosial media proqramları, bankçılıq və maliyyə proqramları, sağlamlıq və fitness proqramları, oyun proqramları\n    **Geyinəbilən texnologiyalar:** Ağıllı qol saatları, AR/VR qulaqlıqları, fitnes izləyiciləri\n    **Ağıllı Ev Cihazları:** Ev avtomatlaşdırma sistemləri, ağıllı dinamiklər və köməkçilər,Təhlükəsizlik sistemləri və s. ",
    "whomDesc": "•⁠ Remote və Freelance işləmək istəyənlər\n    Həm yerli, həm də xarici bazarda işləyib təcrübə qazanmaq və karyera qurmaq istəyənlər üçün UX/UI dizayn ən uyğun sahələrdən biridir.\n\n    •⁠ Yaradıcılığı sevənlər\n    İdeyalarını reallaşdırmaq, xəyalınızdakı rəqəmsal məhsulları hazırlamağa bir addım daha yaxınlaşacaqsınız.\n\n    •⁠ Sahəsini dəyişənlər\n    Bəzi insanlar ixtisas seçimlərindən xoşbəxt olmurlar və bir müddət sonra işlərini dəyişmək istəyirlər. Əgər siz də onlardan birisinizsə, Matrix Academy-nin təcrübəli və peşəkar müəllimləri bu yolda sizi doğru istiqamətləndirərək arzularınıza 1 addım daha yaxınlaşdıracaq.",
    "aboutDesc": "Təlimin müddəti: 6 ay\n    Dərslər: Həftədə 3 dəfə / 2 saat\n\n    Tədris paketinə daxil olan əsas texnologiyalar:\n    Figma\n    FigJam\n    Miro\n    Maze\n    Balsamiq\n    Adobe Photoshop"
  },
  {
    "id": 9,
    "name": "Foundation",
    "infoHeader": "Foundation nədir?",
    "infoHeaderDesc": "Proqramlaşdırma nədir? bu sahəyə yönəlmək üçün hansı bilikləri öyrənməliyəm? haradan başlasam, daha rahat öyrənə bilərəm?\n\n    Proqramlaşdırma ilə yeni tanış olursunuzsa, yəqin ki bu kimi sualların cavabı sizi də maraqlandırır. Digər sahələr kimi proqramlaşdırmanın da müxtəlif qolları və tətbiq istiqamətləri olduğu üçün haradan və necə başlamalı olduğunuz kimi məsələlərdə düzgün seçim etmək lazım gəlir. Foundation bu seçimdə sizə dəstək olmaq üçün tərtib olunmuş ilkin proqramlaşdırma kursudur. Bu təlim vasitəsilə siz hər hansı bir seçim etmədən proqramlaşdırmanın ilkin, başlanğıc biliklərini öyrənir, müxtəlif dil sintaksislərini mənimsəyərək proqramlaşdırma məntiqini, alqoritm qurma bacarıqlarınızı inkişaf etdirirsiz. Bu bacarıqlarınız sizdə rahatlıqla kod yazmaq və hər hansı proqramlaşdırma dilinin sintaksisini başa düşməyə imkan yaradır və sonrakı mərhələdə sizi sahələrlə tanışlıq modulları gözləyir. Proqramlaşdırmanın veb, oyun, mobil, data və s. kimi istiqamətlərini özündə birləşdirən modul dərslərin hər biri öz peşəkar mütəxəssisi tərəfindən tədris olunaraq sahələr haqqında daha dərin təsəvvürünüzün yaranmasına və sonrakı mərhələdə düzgün seçim etməyinizə yardım olacaqdır. Əgər Foundation tədris alırsınızsa, artıq düzgün sahə seçimində dost məsləhətinə ehtiyacınız qalmır. ",
    "whomDesc": "•⁠  ⁠Proqramlaşdırma biliyi olmayan, lakin bu sahəyə maraq göstərib öyrənməyə   çalışan və sıfırdan bu sahədə karyera qurmaq istəyənlər\n\n    •⁠  ⁠Humanitar sahə üzrə təhsil alıb istiqamətini dəyişmək istəyənlər\n\n    •⁠  ⁠Proqramlaşdırma istiqamətləri arasında seçim etməkdə çətinlik çəkənlər və s.",
    "aboutDesc": "Təlimin müddəti: 2 ay\n    Dərslər: Həftədə 2 dəfə / 2 saat\n\n    Tədris paketinə daxil olan əsas texnologiyalar:\n    C# və ya Java dilinin sintaksisi\n    Operatorlar\n    Massivlər(Array)\n    Metod anlayışı\n    Sinif anlayışı, OOP-ə giriş\n    Modul dərslər:\n    Front-end\n    Back-end\n    Mobile\n   Data"
  },
  {
    "id": 10,
    "name": "Data Analitika",
    "infoHeader": "Data Analitika nədir?",
    "infoHeaderDesc": "Data Analitika dedikdə məlumatların təhlili və istifadəsi ilə əlaqədar effektiv strategiyaların, yaxşı iş proseslərinin və inkişafın təmin edilməsində kömək nəzərdə tutlur. Hazırki dövrdə istənilən bir biznesin inkişafını onsuz təsəvvür etmək mümkün deyil.  Məsələn, Data Analitika vasitəsilə satış trendlərinin analizini edib hansı məhsulun hansı bazarlarda daha çox satıldığını anlamaq və bu istiqamətdə strategiya qurmaq mümkündür.\n    Günümüzdə data analitikası bir çox sahədə istifadə olunur:\n\n    **Biznes və İdarəetmə:** Şirkətlər məlumatları istifadə edərək məhsul satışlarını artırmaq, marketinq strategiyalarını inkişaf etdirmək, istehsal proseslərini yaxşılaşdırmaq və s. məqsədlər üçün data analitikasından istifadə edirlər.\n    **Səhiyyə:** Sağlamlıq sektorunda xəstəliklərin təhlili, müalicə proseslərinin tənzimlənməsi, xəstələrin monitorinqi və tibbi tədbirlərin effektivliyi üçün istifadə olunur.\n    **İnformasiya Texnologiyaları:** Şəbəkə təhlili, təhlükəsizlik tədbirləri, məlumatın sığortalanması və sistemlərin performansının monitorinqi üçün data analitika tətbiq olunur.\n    **İqtisadiyyat və Maliyyə:** İqtisadi məlumatlar və maliyyə məlumatları analitik alətlərlə təhlil edilir ki, bu da iqtisadi fəaliyyətləri proqnozlaşdırmaq və maliyyə strategiyalarını tənzimləmək üçün istifadə olunur.\n    **Elmi Tədqiqat və İnkişaf:** Elmi məqsədlərlə məlumatların analitikası, yeni məlumatları aşkar etmək və s. məsələlər üçün istifadə olunur.\n    Data analitikasının bu sahələrdə tətbiqi ",
    "whomDesc": "•⁠  Remote və ya FreeLance işləmək istəyənlər\n    Data Analitikanın əhəmiyyəti ilə bağlı qeyd etdiyimiz amilləri nəzərə alarsaq, bu sahə üzrə istər yerli, istərsə də xarici bazarda iş imkanlarının hansı mövqedə olduğunu vurğulamağımıza ehtiyac qalmır. Bu, iş axtaranlar üçün coğrafi məhdudiyyətlər olmadan geniş şərait yaradır.\n\n    •⁠  İxtisas dəyişənlər\n    Yeni bir sahədə karyera qurmaq istəyənlər üçün Data Analitika çox yaxşı bir seçim ola bilər. Əgər data istiqaməti sizin maraq dairənizdirsə, SQL, Excel, Power BI, Python və s. kimi texnologiyalar öyrənməyə başlayaraq özünüzü bir data analitik kimi yetişdirə bilər və bu sahədə geniş olan iş imkanlarından yararlana bilərsiniz.\n\n    •⁠  Tələbələr\n    Oxuduğunuz ixtisas sizə maraqsız gəlirsə, və ya İT üzrə oxuyursunuz və biliklərinizi daha da dərinləşdirmək istəyirsinizsə, Matrix Academy-nin təcrübəli və peşakar müəllimləri bu yolda sizə bələdçilik edərək hədəflərinizə daha tez çatmağınıza yardım olacaqlar.\n\n",
    "aboutDesc": "Təlimin müddəti: 6 ay\n    Dərslər: Həftədə 3 dəfə / 2 saat\n\n    Tədris paketinə daxil olan əsas texnologiyalar:\n    Excel\n    Oracle Sql\n    Power BI\n    Python\n"
  },
  {
    "id": 11,
    "name": "QA",
    "infoHeader": "QA nədir?",
    "infoHeaderDesc": "QA (Quality Assurance) bir məhsul və ya xidmətin lazımi tələb və standartlara uyğun olub-olmadığının müəyyənləşdirilməsi üçün qurulmuş sistemli prosesdir. QA-in əsas məqsədi final məhsulun yüksək keyfiyyətli, güvənilir və gözlənilən kimi işlədiyindən əmin olmaqdıdr.\n    Tətbiq sahələri:\n   •⁠  Veb əsaslı proqramların funksionallığı, təhlükəsizliyi və yüksək performanslı olmasını təmin etmək\n    •⁠  Müxtəlif aparat və proqram konfiqurasiyaları ilə funksionallığın, keyfiyyətin və uyğunluğun testlərlə yoxlanması\n    •⁠  Onlayn bank platformaları və ticarət sistemləri də daxil olmaqla maliyyə proqram təminatının təhlükəsizliyini, funksionallığını və performansını təmin etmək",
    "whomDesc": "•⁠  Kompüter elmləri, İnformasiya texnologiyaları və buna bənzər digər sahələrdə təhsil almış ya da iş təcrübəsinə sahib olan şəxslər QA üçün ilkin bilik-bacarıqlara sahib olurlar və sahələrini rahatlıqla dəyişə bilirlər\n\n  •⁠  Problem həll etmə bacarığı olan və xırda detallara diqqətli nəzər yetirən şəxslər üçün ideal sahədir\n\n    •⁠  Sahəsini dəyişənlər\n    Bəzi insanlar ixtisas seçimlərindən xoşbəxt olmurlar və bir müddət sonra işlərini dəyişmək istəyirlər. Əgər siz də onlardan birisinizsə, bu istiqmətdə QA ən doğru seçimlərdən biri ola bilər",
    "aboutDesc": "Tədris Proqramı\n\n    Təlimin müddəti: 3 ay\n    Dərslər: Həftədə 2 dəfə / 2 saat\n    Tədris paketinə daxil olan əsas texnologiyalar:\n    Foundation of software testing\n    SDLC\n    Test design techniques\n    Test Management\n    Tool support for testing"
  },
  {
    "id": 12,
    "name": "Yeniyetmə məktəbi",
    "infoHeader": "Yeniyetmə məktəbi nədir?",
    "infoHeaderDesc": "Övladının gələcəyin inkişaf edən sahələri üzrə yetişməsinə çalışan, əziz valideynlər. Proqramlaşdırma və dizayn sahəsində övladlarınızın bacarığını kəşf etmək və ya onlarda bu sahələrə maraq yaratmaq istəyirsizsə, Yeniyetmə məkətbinə müraciət etmək vaxtıdır. Yeniyetmə psixologiyası və maraq dairəsini nəzərə alan 6 aylıq tədris sistemimizlə tələbələrin ilkin dizayn və proqramlaşdırma təməli qurulur və onlarda bu sahələrə qarşı maraq yaradılır. Bu istiqamətlərdə özünü görən hər bir yeniyetmənin tədrisin sonuna yaxın öz portfoliosu, maraqlı dizayn və ya proqramlaşdırma işlərini özündə birləşdirən rəngarəng layihələri olur. Övladlarınızın potensialını kəşf etmək və onlara gələcəkdə uğurlu bir karyera qurmaq yolunda ilk addımları atmaq üçün Yeniyetmə Məktəbi ideal seçimdir. ",
    "whomDesc": "•⁠  12-16 yaş aralığı yeniyetmələr\n Bu yaş qrupu proqramlaşdırma və dizaynın əsaslarını öyrənmək üçün ideal dövrdür. Bu yaşda olan yeniyetmələr tez öyrənir, yaradıcılıq potensialını inkişaf etdirir və yeni bacarıqları qavramaqda daha açıq olurlar.\n\n                  •⁠  Gələcəkdə texnologiya və yaradıcı sahələrdə karyera qurmaq istəyənlər\n Tədris proqramımız bu sahələrdə təməl bilikləri və bacarıqları öyrənməyə kömək edərək karyera planlarını dəstəkləyir.",
    "aboutDesc": "Təlimin müddəti: 6 ay\nDərslər: Həftədə 2 dəfə / 2 saat\n\nTədris paketinə daxil olan əsas texnologiyalar:\nFront-end (3 ay):\nHTML, CSS, JS\nQrafik Dizayn (3 ay):\nAdobe Illustraor\nAdobe Photoshop "
  }
]
