[
  {
    "question": "Təlimlərə qoşulmaq üçün yaş məhdudiyyəti varmı?",
    "answer": "11-16 yaş aralığındasınızsa, 'Yeniyetmə məktəbi' qruplarına, yaşınız 17-dən yuxarıdırsa, istənilən təlimə müraciət edə bilərsiniz. Akademiyaya qəbul imtahan əsasında aparılır.",
    "open": true
  },
  {
    "question": "Dərslər hans dildə keçirilir?",
    "answer": "Tədris yalnız Azərbaycan dilindədir.",
    "open": false
  },
  {
    "question": "Təlimlərə müraciət üçün ilkin biliklər olmalıdırmı?",
    "answer": "Müraciət etdiyiniz istiqamət üzrə ilkin biliklərinizin olması üstünlükdür. Konsultasiyaya yaxınlaşmazdan əvvəl maraqlandığınız istiqamət üzrə araşdırma aparmağınız məsləhət görülür. Lakin istənilən sahədə təlimlərimiz tamamilə 0-dan öyrədilir. Qeydiyyatdan keçmək istədiyiniz zaman əksəriyyəti məntiq suallarından tərtib olunmuş imtahan veririsiniz. Nəticənizə uyğun olaraq qeydiyyatınız aparılır.",
    "open": false
  },
  {
    "question": "Axşam qrupları olurmu?",
    "answer": "Hər 3 simen üzrə tədris mövcuddur, axşam qruplarımızda isə dərs saatları 19:00-21:00 aralığındadır.",
    "open": false
  },
  {
    "question": "Tədrisə onlayn qoşulmaq mümkündürmü?",
    "answer": "Tədris sistemimiz hibriddir. Dərslərə həm ənənəvi, həm də onlayn qoşula bilərsiniz.",
    "open": false
  },
  {
    "question": "Akademiya tərəfindən karyera dəstəyi göstərilirmi?",
    "answer": "Tədrisi uğurla başa vurararaq layihə təqdim edən tələbələrimiz üçün ilk mərhələdə 3 moduldan ibarət karyera dəstəyi göstərilir. Bu modullar HR ilə seminar, HR ilə individual müsahibə və Texniki müsahibə mərhələlərinə bölünür. Hər üç modulun əsas məqsədi tələbəni real iş müsahibələrinə hazırlamaqdır. Növbəti mərhələdə isə tədris və xarakterik göstəriciləri ilə fərqlənənən tələbələr partnyorumuz olan qurumlara təcrübəçi və ya işçi kimi yönləndirilmə şansı qazanırlar.",
    "open": false
  },
  {
    "question": "Korporativ təlimləriniz mövcuddurmu?",
    "answer": "Bəli, bu istiqamətdə Kapital bank, Rabitə bank, Veysəloğlu şirkəti və s. kimi bir neçə qurumun əməkdaşları üçün korporativ təlimlərimiz təşkil olunmuşdur.",
    "open": false
  },
  {
    "question": "Dərs günlərindən əlavə məşğul olmaq üçün ofisdən istifadə etmək mümkündürmü?",
    "answer": "Akademiyamızda iş saatları 09:00-21:00 aralığındadır. Şənbə günü də daxil olmaqla həftə içi hər gün istənilən saatda tələbələrimizin əlavə məşğul olmaları üçün ofis şəraiti yaradılmışdır.",
    "open": false
  }
]
